Latviyanın təhlükəsizlik orqanları "Vaqner"i birbaşa təhlükə görmür

10:45 10.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviya Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, mövcud məlumatlar Rusiyanın “Vaqner” qruplaşmasının hələlik ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaratmadığını göstərir.

Hafta.az-ın “Delfi”yə istinadən yazdığına görə, qeyd olunur ki, Latviya kəşfiyyat xidməti mütəmadi olaraq “Vaqner” muzdlularının fəaliyyəti barədə məlumat alır və bununla bağlı həm milli, həm də regional təhlükəsizlik üçün riskləri qiymətləndirir.

Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Sərhəd Mühafizəsi ilə birgə Latviyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək əcnəbilərin ölkəyə girişinin qarşısını almaq məqsədilə gücləndirilmiş rejimdə miqrasiya nəzarəti tədbirləri həyata keçirir.

Xatırladaq ki, Belarus prezidenti Aleksnadr Lukaşenko ilə razılaşmaya əsasən, Rusiyada üsyandan sonra “Vaqner”in lideri Yevgeni Priqojin muzdlularının bir hissəsi ilə birlikdə Belarusa getməli idi.

Bundan sonra iki Baltikyanı ölkənin xarici işlər nazirləri NATO-nu “Vaqner” özəl hərbi şirkətinin yaraqlılarının Belarusa yerləşdirməsinə cavab olaraq şərq sərhədlərini möhkəmləndirməyə çağırıblar.

Polşa prezidenti Andjey Duda isə bildirib ki, “Vaqner”in Belarusa köçürülməsi ölkəsi üçün çox mənfi siqnaldır.

Siyasət rubrikasından digər xəbərlər